Sizin reklam burada
Sizin reklam burada

"Nüvə silahını yalnız bir subyekt tətbiq edə bilər – Rusiya"

"Nüvə silahını yalnız bir subyekt tətbiq edə bilər – Rusiya"
Avropada nüvə silahını yalnız bir subyekt tətbiq edə bilər – Rusiya.
Bu barədə Ukrayna Prezidenti Vladimir Putin Rusiyanın “çirkli bomba” ilə bağlı iddialarına reaksiyasında deyib.
O xatırladıb ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu “telefon karuseli” təşkil edir və nazirlərə hansısa “çirkli nüvə bombası” haqqında hekayələrlə zəng edir.
Zelenski qeyd edib ki, hər kəs bu müharibədə təsəvvür edilə biləcək çirkin hər şeyin mənbəyinin kim olduğunu yaxşı bilir.
Qeyd edək ki, Rusiya müdafiə naziri S.Şoyqu bu gün Türkiyə, Fransa, Britaniya və ABŞ müdafiə nazirləri ilə telefon danışıqlarında Ukraynanın mümkün "çirkin bomba" təxribatı ilə bağlı narahatlığını ifadə etmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş