
Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Rusiyanın Belqorod vilayətini ABŞ-ın tədarük etdiyi "AGM-88 HARM" antiradar raketləri ilə vurub.
Bu barədə “Military Informant” Telegram kanalı məlumat yayıb.
Kanalın müəllifləri qeyd edirlər ki, yerli sakinlər tərəfindən sosial şəbəkələrdə yayılan və Amerika raketinin qalıqlarının əks olunduğu fotoşəkillərdə AGM-88 HARM üçün xarakterik olan BSU-59/B işarələnməsini görmək olar.
"Bu insident bizə bir daha nümayiş etdirir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəni heç də məhdudlaşdırmır" - məlumatda deyilir.
Ümumilikdə oktyabrın 12-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti ərazisinə 100-dən çox raket atıb.
Qeyd olunur ki, təxminən 6 aya yaxındır ki, Rusiya sərhəd bölgəsi ərazisinə belə intensiv hücumlar olmayıb.
Rusiya hava hücumundan müdafiə sistemləri (ADS) bütün raketləri vurub, heç kim xəsarət almayıb.
Conflict.az