Sizin reklam burada
Sizin reklam burada

"Sanksiyanı doğru tətbiq etsəydik, qiymətlər bu qədər qalxmazdı"

"Sanksiyanı doğru tətbiq etsəydik, qiymətlər bu qədər qalxmazdı"
AB-nin Rusiyaya sanksiyaları primitiv və katastrofikdir.
Bu sözləri Macarıstan Baş naziri Viktor Orban Berlində panel müzakirələrindəki çıxışından deyib.
“Sanksiya ağılla tətbiq edilməlidir. AB-nin timsalında cırtdan nəhəngə sanksiya tətbiq edir və... cırtdan buna görə ölür” - o bildirib.
Orvan qeyd edib ki, AB heç nəyə nail olmayıb, Rusiyadan enerji asılılığını indi ABŞ-dan asılılıq əvəz edir. Ona görə də AB enerji siyasətinə yenidən baxmalıdır: “Əgər biz sanksiyanı doğru tətbiq etsəydik, qiymətlər bu qədər qalxmazdı. Ona görə də sanksiya məsələsi gələndə mən deyirəm ki, problemim var və veto hüququmdan istifadə edirəm. Siz macarları kənara itələyə və küncə sıxışdıra bilməzsiniz”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş