Sizin reklam burada
Sizin reklam burada

“Bu, bizim üçün sürpriz oldu"

“Bu, bizim üçün sürpriz oldu"
Rusiyadan ABŞ-a qaçmağa çalışan iki nəfər Alyaska ştatında saxlanılıb.
Bu barədə “Ankoric Deyli Nyus” məlumat yayıb.
Bildirilib ki, onlar Müqəddəs Lavrentiya adasından ABŞ-a keçməyə cəhd ediblər.
“Bu, bizim üçün sürpriz oldu, lakin hər hansı axın gözləmirik” - deyə ştat qubernatoru Mayk Danliv bildirib.
Öz növbəsində Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel məhbuslarla bağlı sualı Daxili Təhlükəsizlik Nazirliyinə yönləndirib. O, rusların sığınacaq istəyib-istəmədiyini və ya onun verilə biləcəyini söyləməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş