Sizin reklam burada
Sizin reklam burada

"Rusiya cinayətkar səfərbərlikdən istifadə edir"

"Rusiya cinayətkar səfərbərlikdən istifadə edir"
Rusiya rəhbərliyi onun nəzarətində olan ərazilərdə yaşayan yerli xalqları, xüsusən də dağıstanlıları və Krım tatarlarını bilərəkdən məhv edir, onları Ukraynaya qarşı müharibəyə zorla səfərbər edir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 25-də videomüraciətində bildirib.
"Biz həmçinin xüsusi vurğulayarıq ki, Rusiya cinayətkar səfərbərlikdən təkcə Ukraynada insanların əzabını uzatmaq və dünyanı daha da qeyri-sabitləşdirmək üçün deyil, həm də nəzarət edilən ərazilərdə yaşayan yerli xalqların nümayəndələrini – kişiləri fiziki məhv etmək üçün istifadə edir" - o deyib.
Prezidentin sözlərinə görə, işğal olunmuş Krımda fəlakətli vəziyyət müşahidə olunur, işğalçılar Krım tatarlarını müharibəyə göndərirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş