Sizin reklam burada
Sizin reklam burada

"Dövlətlər kütləvi tərk-silahı nəzərdən keçirməlidirlər"

"Dövlətlər kütləvi tərk-silahı nəzərdən keçirməlidirlər"
Dünyada eskalasiya nöqtələrinin sayının çoxalması ilə əlaqədar nüvə müharibəsi riskinin artması fonunda dövlətlər kütləvi tərk-silahı nəzərdən keçirməlidirlər.
Bunu "Nəşnl İnterest"in köşə yazarı Kamran Boxari yazıb.
"Nüvə müharibəsində heç kim qalib ola bilməz. Asiya regionunu bu gün KXDR ilə Cənubi Koreya, Hindistan və Pakistan, Çin və ABŞ-ın silahlandırdığı Tayvan adası arasında mübahisələrin səngimədiyi əsas gərginlik ocağı hesab etmək olar. Qiyamət ssenarisinin qarşısını almağın yeganə yolu nüvə silahlarına dair mövcud beynəlxalq müqaviləyə əməl etməkdir” - o bildirib.
O, nüvəsizləşdirmə sahəsində keçmiş uğurları unutmamağa və dünya birliyinin tam tərk-silah yolunda hər bir addımını təşviq etməyə çağırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş