Sizin reklam burada
Sizin reklam burada

"Si Szinpinə zəng etdim, təhdid etmək üçün yox"

"Si Szinpinə zəng etdim, təhdid etmək üçün yox"
Hazırda Ukraynaya qarşı müharibədə kömək üçün Çindən Rusiyaya silah tədarükünə dair heç bir sübut yoxdur.
Bunu ABŞ Prezidenti Co Bayden deyib.
"İndiyə qədər Çinin Ukraynaya qarşı müharibədə kömək üçün silah və ya Rusiyanın istədiyi başqa şeyləri təklif etdiyinə dair heç bir əlamət yoxdur. Prezident Si Szinpinə zəng etdim. Təhdid etmək üçün yox, sadəcə dəfələrlə görüşdüyümüzü söyləmək üçün. Və mən dedim: "Əgər siz Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozduqdan sonra amerikalıların və başqalarının Çinə sərmayə qoymağa davam edəcəyini düşünürsünüzsə, səhv edirsiniz. Ancaq bu sizin qərarınızdır" - o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş