Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna Aİ-nin tamhüquqlu üzvü olacaq"

"Ukrayna Aİ-nin tamhüquqlu üzvü olacaq"
Ukrayna Prezident Volodimir Zelenski avqustun 30-da Ali Rada tərəfindən qəbul edilmiş 0166 saylı “Ukraynanın Ümumi Tranzit Prosedurları haqqında Konvensiyaya qoşulması haqqında” və 0165 nömrəli “Ukraynanın Malların ticarətində rəsmiləşdirmələrin sadələşdirilməsi haqqında Konvensiyaya qoşulması haqqında” qanunu imzalayıb.
Bu barədə prezidentin dəftərxanası məlumat yayıb.
Qeyd edilib ki, bu sənədlər Aİ ilə gömrük vizasından azad olunma üçün zəruridir .
"Bunlar vizasız gömrük rejiminin faktiki həyata keçirilməsidir. Biz bunu rekord müddətdə və tamamilə əlaqələndirilmiş şəkildə etdik - hakimiyyətin bütün qolları ilə" - Zelenski bildirib.
Prezident bu nəticəni təmin edən ukraynalı diplomatlara, hökumət rəsmilərinə, deputatlara təşəkkür edib: "Nə qədər çətin olsa da, - hətta belə bir müharibə şəraitində - biz addım-addım Aİ-yə tamhüquqlu üzvlüyə doğru irəliləyirik. Ukrayna Aİ-nin tamhüquqlu üzvü olacaq və biz artıq Avropaya hər kəsdən daha yaxınıq".

Conflict.az

  • Sosial şəbəkədə paylaş