Sizin reklam burada
Sizin reklam burada

"Şimali Koreya Kremlin təklifi ilə razılaşarsa, bu, ABŞ-a diktatura problemini həll etməyə kömək edəcək”

"Şimali Koreya Kremlin təklifi ilə razılaşarsa, bu, ABŞ-a diktatura problemini həll etməyə kömək edəcək”
Şimali Koreya Ukraynada döyüşmək üçün qoşunlarını Rusiya tərərəfinə göndərməyə başlasa, bu, ABŞ-ın ukraynalılara dəstəyini gücləndirəcək.
Bu barədə ukraynalı hərbi ekspert İvan Kiriçevski deyib.
"Əgər Şimali Koreyanın ehtiyacı olduğu enerji resursları müqabilində Pxenyanın Rusiyaya 100 min muzdlu əsgər verdiyini güman etsək, o zaman belə bir qüvvənin köçürülməsi gizlədilməyəcək. Çünki bu, çox nəzərəçarpan prosesdir" - o bildirib.
Ekspertin sözlərinə görə, bu muzlular döyüşlərə qatılarsa, onda onlar nadir tanklarda gedəcəklər: “Bunlar T-54, T-55-in və digər Sovet istehsalı silahlarının surətləri ola bilər. Onların əllərində olan təyyarələr də reaktiv qırıcı deyil, muzey əşyalarıdır. Əgər Şimali Koreya Kremlin təklifi ilə razılaşarsa, bu, ABŞ-a Şimali Koreyadakı diktatura rejimi problemini həmişəlik həll etməyə kömək edəcək”.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn rəsmi şəkildə Rusiyanın Ukraynadakı fəaliyyətini dəstəklədiyini açıqlamışdı. Həmçinin Rusiya mediasında Şimali Koreyadan olan 100 min əsgərin könüllü şəkildə Ukraynada döyüşməyə hazır olması barədə məlumatlar yayılmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş