“Rusiya hakimiyyəti özünü qorumaq üçün Krımdan Ukraynanın xeyrinə imtina edə bilər”.
Bunu ukraynalı politoloq Makim Rozumnı deyib.
“Əlbəttə Krım Putin üçün çox önəmlidir. O, legitimliyini Krımın ilhaqı üzərində qurub. 2018-ci il prezident seçkilərindən sonra bu legitimlik Krımla çox bağlıdır. Putin ondan imtina etmək və onu qurban vermək istəmir” - ekspert bildirib.
Politoloqun fikrincə, bütün bunlar yalnız müvəqqəti xarakter daşıyır. Rozumnı əlavə edib ki, Rusiya hakimiyyətinin əks-təbliğatı rusların Krıma qarşı “vətənpərvərlik hissləri”ni aradan qaldıra bilər.
“Əgər hakimiyyəti qorumaq lazımdırsa, o zaman Rusiya televiziyası deyəcək ki, Krımın olması çox da arzuolunan deyildi, daha ali maraqlar var. Rusiya cəmiyyətinin vətənpərvərlik hissləri idarəolunandır. Dirijor Kremldədir” - politoloq bildirib.
O qeyd edib ki, nöqteyi-nəzəri və rəyi əksinə dəyişmək çox da çətin olmayacaq: “Bundan əlavə, indi bir səssiz çoxluq var ki, o, Ukraynaya hücuma, hətta Krımla bağlı tarixə şübhə ilə yanaşır. Əks tərəfdə - vətənpərvər mövqedə dayanmış daha bir səssiz kütlə var ki, o dözür və inanır. Putin isə hər şeyi 180 dərəcə dəyişə bilər”.
Conflict.az