
ABŞ Dövlət katibi Entoni Blinken BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Nüvə Silahlarının Yayılmaması Müqaviləsində iştirak edən ölkələrin konfransında çıxışı zamanı Şimali Koreyanın yeni nüvə sınağı keçirməyə hazırlaşdığını bildirib.
Bu barədə TASS məlumat yayıb.
“Şimali Koreya qeyri-qanuni şəkildə nüvə proqramını və regiona qarşı təxribatlarını genişləndirməkdə davam edir. Bu gün biz Pxenyanın yeddinci nüvə sınağını keçirməyə hazırlaşardığı vaxtda görüşürük” - Blinken deyib.
Conflict.az