Sizin reklam burada
Sizin reklam burada

"Bu, böyük böhrana səbəb olacaq"

"Bu, böyük böhrana səbəb olacaq"
Şimali Koreya ABŞ ilə istənilən hərbi qarşıdurmaya tam hazırdır.
Bunu Şimali Koreyanın lideri Kim Çen In Koreya Müharibəsinin başa çatmasının ildönümü ilə bağlı çıxışında deyib.
"Bir daha vurğulayıram ki, Koreya Xalq Demokratik Respublikasının ABŞ-la istənilən hərbi qarşıdurmaya tam hazırdır" - deyə Kim Çen In bildirib.
Onun sözlərinə görə, Pxenyan zərurət yaranarsa, nüvə qüvvəsini səfərbər etməyə hazırdır.
KXDR lideri əlavə edib ki, ABŞ Şimali Koreyanın fundamental maraqlarını kobud şəkildə pozmağa və onun təhlükəsizliyinə qəsd etməyə davam edərsə, bu, yalnız böyük böhrana səbəb olacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş