Sizin reklam burada
Sizin reklam burada

"Rusiya öz sözünə əhəmiyyət vermir"

"Rusiya öz sözünə əhəmiyyət vermir"
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Odessa limanını bombalamasını zorakılıq aktı adlandırıb.
Bu barədə Zurabişvili Tvitter hesabında qeyd edib.
Prezidentin sözlərinə görə, beynəlxalq razılaşma əldə olunandan bir gün sonra Odessa limanının bombalanması onu göstərir ki, sözlər və qlobal humanitar vəziyyət Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir: “Ukraynadan taxıl ixracını təmin etmək üçün saziş imzalandıqdan cəmi bir gün sonra Odessanın bombalanması pislənilən zorakı hərəkətdir. Bu, Rusiyanın nə öz sözünə, nə də qlobal humanitar və təchizatla bağlı vəziyyətə əhəmiyyət verdiyini göstərir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş