Sizin reklam burada
Sizin reklam burada

"Konkret gözləntilərimiz yoxdur"

"Konkret gözləntilərimiz yoxdur"
BMT İran, Rusiya və Türkiyə prezidentləri - İbrahim Rəisi, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Tehranda keçiriləcək sammitini izləyəcək.
Bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
"Üçtərəfli sammitdə taxıl problemi ilə bağlı hər hansı irəliləyiş əldə edilə bilərmi" sualına Haq belə cavab verib: "Bu proseslə bağlı bu görüşdən konkret gözləntilərimiz yoxdur. Bu, ayrı bir məsələdir”.
Eyni zamanda, Haq qeyd edib ki, BMT taxıl ixracı məsələsi üzrə müzakirənin əsas iştirakçılarının istənilən koordinasiyasını alqışlayır.
Qeyd edək ki, iyulun 19-da Tehranda üçtərəfli sammit keçiriləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş