
Ukrayna mövcud HİMARS raketləri ilə Krımda aerodromları və dəmir yollarını məhv edə bilər.
Bu sözlərlə ekspert İvan Kiriçevski çıxış edib.
"Hazırki vəziyyət haqqında danışsaq, bizdə ATACMS raketləri yoxdur. O zaman Krım körpüsünü bir qədər kiçik hədəflərlə dəyişdirməli olacağıq. Məsələn, düşmənin radar stansiyaları, zenit-raket kompleksləri, aerodromlar, nəqliyyat infrastrukturu obyektləri.
Amma orada hər hansı hərəkətlənmə olanda və bizim əlimizə 300 km-i vura bilən ATACMS sistemi düşəndə, o zaman hədəflərimiz arasında Krım körpüsü də olacaq” - Kiriçevski bildirib.
Conflict.az