Sizin reklam burada
Sizin reklam burada

"Sağ qalanlara amnistiya söz veriblər"

"Sağ qalanlara amnistiya söz veriblər"
Rusiyanın Sankt-Peterburq şəhərində islah-əmək koloniyalarındakı məhbuslar “Vaqner” özəl hərbi şirkətinə könüllü qismində cəlb olunmağa başlayıblar.
Bu barədə “Vajnıye istorii” nəşrinə məhkumların yaxınları məlumat verib.
“Əvvəlcə dedilər ki, təxminən 20 faiz qayıdacaq. Sonra isə, demək olar, heç kimin qayıtmayacağını, sağ qalanlara 200 min rubl (6 100 manat) məbləğində mükafat və amnistiya söz veriblər. Ölərsə, ailəsinə 5 milyon rubl (152 500 manat) ödəniləcəyini vəd ediblər. Bütün bunların hamısı sözdədir, kağızda heç nə qeyd edilməyəcək” - məhkumlardan birinin qohumu qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş