Sizin reklam burada
Sizin reklam burada

"Bu heykəl daha azadlıq simvolu deyil”

"Bu heykəl daha azadlıq simvolu deyil”
“Vikiliks” rəhbəri Culian Assanc ABŞ-a ekstradisiya olunarsa, Nyu Yorkdakı Azadlıq heykəlinin sökülməsi üçün çalışacağam.
Bu sözləri Meksika Prezidenti Andres Manuel Lopez deyib.
“Əgər onu Birləşmiş Ştatlara aparıb, maksimal həbs müddəti və ölüm hökmü təyin edəcəklərsə, o zaman biz fransızların hədiyyə etdiyi Azadlıq heykəlinin sökülməsi üçün kampaniya başlatmalıyıq. Çünki bu heykəl daha azadlıq simvolu deyil” - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Böyük Britaniya daxili işlər naziri Priti Patel C.Assancın ABŞ-a ekstradisiyasını təsdiqləyib. Onu orada 175 illik həbs həyatı gözləyir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş