
Türkiyə F-16 qırıcılarının tədarükü ilə bağlı məsələni həll etmək üçün ABŞ-a nümayəndə heyəti göndərəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cənab Baydenin bu məsələdə səmimi səyləri güclü dəstək alacaq. Mən dərhal ABŞ-a nümayəndə heyəti göndərəcəyəm” - o, Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, Bayden daha əvvəl Türkiyəyə F-16-ların satışını dəstəkləmişdi. O, həmçinin xatırladıb ki, bu cür razılaşmalar ABŞ Konqresinin təsdiqini tələb edir.
Conflict.az