Sizin reklam burada
Sizin reklam burada

"Putin təzyiq etmək üçün Belarusa gedir”

"Putin təzyiq etmək üçün Belarusa gedir”
Rusiya Prezidenti Vladimir Putin həmkarı Aleksandr Lukaşenkoya Ukraynaya qarşı müharibəyə başlamaq üçün təzyiq göstərmək məqsədilə Belarusa gedəcək.
Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Putinin Minskə səfərində yeganə məqsəd budur. Görünür, başa düşür ki, çağırışları Lukaşenkonun vecinə deyil. Yəni Lukaşenko hər dəfə evə qayıdanda fikrindən daşınır. Buna görə də Putin ona təzyiq etmək üçün Belarusa gedir” - ekspert qeyd edib.
Jdanov Rusiyanın hücum potensialının kəskin şəkildə azaldığını söyləyib: “Bu gün Luqansk istiqamətində bizim üçün nə qədər çətin olsa da, görürük ki, Rusiyanın may-aprel aylarında olan hücum potensialı yoxdur. Rusiyanın artıq heç bir operativ hücum ehtiyatı yoxdur. Putin təcili olaraq Belarusa ikinci cəbhə açmağa gedir. Məqsədi də budur ki, yeni cəbhə açmaqla Ukrayna ordusunun bir hissəsini şimal-şərqə yönəltsin və bununla da qoşunlarımızı hədəfində olan bölgələrdən çıxara bilsin”.
Jdanov həmçinin qeyd edib ki, Putinin təzyiqi qarşısında qalan Lukaşenko hazırda fəal şəkildə Qərbdən dəstək axtarır: “Putin də bunu dəqiqləşdirmək üçün ora gedir. O, Belarusu müharibəyə sövq etməyə çalışır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş