Sizin reklam burada
Sizin reklam burada

"Onların bütün ehtiyatları məhv edilib"

"Onların bütün ehtiyatları məhv edilib"
Ukrayna Rusiyanı Sumı vilayətinə kimyəvi hücumda ittiham etmək üçün yaşayış məntəqəsinə zəhərli maddələr səpməyi planlaşdırır.
Bu barədə Rusiya Federasiyasının Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib.
"Ukrayna Təhlükəsizlik Xidmətinin ( SBU ) üzvləri Rusiyanı mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə etməkdə ittihamlamaq üçün Sumıya zəhərli maddələr səpməyi planlaşdırır. Ukrayna qoşunları ilk olaraq Rusiyanın sərhədyanı rayonlarına zərbələr endirəcək. Artıq Sumıda ukraynalı hərbçilərə kimyəvi mühafizə kostyumları verilib və onlara kimyəvi həyəcan siqnalının verilməsi qaydası öyrədilib".
Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib ki, Rusiya qoşunları kimyəvi silahdan istifadə etmir və onların bütün ehtiyatları məhv edilib.
Bundan əvvəl Mizintsev məlumat vermişdi ki, Ukrayna hərbçiləri Mariupol limanında tonlarla taxılı qəsdən yandırıblar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş