Sizin reklam burada
Sizin reklam burada

“Biz Almaniya, Yaponiya və ABŞ hökumətlərinin iradəsinə tabe olmalıyıq"

“Biz Almaniya, Yaponiya və ABŞ hökumətlərinin iradəsinə tabe olmalıyıq"
Dünyanın aparıcı mühərrik istehsalçısı "DMG Mori Seiki" korporasiyası Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb.
Bu barədə TASS xəbər verir.
Şirkətin prezidenti Masahiko Mori qərarını Rusiyaya qarşı sanksiyaların altına düşmək təhlükəsi ilə izah edib. Şirkətin istehsal etdiyi maşınlar potensial olaraq hərbi məqsədlər üçün istifadə oluna bilər.
“Biz Almaniya, Yaponiya və ABŞ hökumətlərinin iradəsinə tabe olmalıyıq. Biz yalnız sülhə ümid edə bilərik və qaydalara əməl etməliyik”.
Nəşr qeyd edir ki, şirkət Ulyanovskdakı montaj zavodunu və Moskvadakı nümayəndəliyini bağlayıb, ümumilikdə 270-ə yaxın əməkdaşını ixtisar edib.
Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Yaponiya və Avropa İttifaqı Ukraynada xüsusi hərbi əməliyyat keçirdiyi üçün Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş