Sizin reklam burada
Sizin reklam burada

Baş nazirə qarşı narazılıq artıb

Baş nazirə qarşı narazılıq artıb
Böyük Britaniya Parlamentində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsi başlayıb.
Səsvermədən əvvəl Conson 18:00-da qapalı iclasda partiyasının deputatlarına müraciət edib.
Saat 20:00-22:00 arasında keçiriləcək səsvermənin nəticəsi 23:00-da açıqlanacaq. Conson səsvermədə məğlub olarsa, istefa verməlidir. Onun vəzifədə qalması üçün azı 180 səs lazımdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin əməkdaşı Syu Qrey tərəfindən aparılan daxili araşdırma nəticəsində 2020-2021-ci illərdə koronavirus məhdudiyyətləri zamanı Boris Consonun iqamətgahında keçirilən ziyafətlər barədə məlumatın ortaya çıxması hazırkı Baş nazirə qarşı narazılığı artırıb. O, ziyafətlərdən birinə qatıldığı üçün cərimə ödəyərək üzrxahlıq etsə də, müxalifətin tələbi ilə istefa verməyib və heç kimi işdən çıxarmayıb.

Böyük Britaniya Baş naziri Boris Conson partiya lideri və Böyük Britaniyanın baş naziri vəzifələrini qoruyub saxlayıb.
Ölkə parlamentində Boris Consona etimad səsverməsi keçirilib. Britaniyanın hakim partiyasının deputatları Consona etimad üçün 2 saat ərzində səs veriblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş