Sizin reklam burada
Sizin reklam burada

"Bazarda hələ ki, real qıtlıq yoxdur"

"Bazarda hələ ki, real qıtlıq yoxdur"
Səudiyyə Ərəbistanı Rusiyada hasilat əhəmiyyətli dərəcədə azalarsa neft hasilatını artırmağa hazırdır.
Bu barədə "Financial Times" yazır.
Nəşr qeyd edir ki, bu, Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalardan qaynaqlana bilər.
Səudiyyə Ərəbistanı rəhbərliyi hesab edir ki, neftin yüksək qiymətinə baxmayaraq, bazarda hələ ki, real qıtlıq yoxdur.
Nəşrin yazdığına görə, ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginliyinə baxmayaraq, Vaşinqtonun yüksək səviyyəli nümayəndə heyətlərinin son səfərləri münasibətlərin yaxşılaşmasına kömək edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş