
Qərbin Rusiyaya qarşı sanksiyaları qüvvədədir. Lakin neft və qazın satışından Rusiya büdcəsinə daimi gəlirlərin gəlməsi tətbiq edilən məhdudiyyətlərin təsirini zəiflədir.
Bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
“ABŞ və AB sanksiyalarının təsiri Rusiyanın büdcəsinə daxil olan vergilərdə özünü göstərir. Büdcəyə daxil olan vergi qeyri-xammal sektorlarında əhəmiyyətli dərəcədə azalıb. Rusiya iqtisadiyyatı texnologiya və yaradıcılığı itirir, ölkə tamamilə enerjidən asılıdır. İnanıram ki, gələcəkdə Rusiya iqtisadiyyatı neft qiymətlərindən də əziyyət çəkəcək. Bu, son dərəcə ağrılı zərbə olacaq".
Conflict.az