Sizin reklam burada
Sizin reklam burada

"Getmək imkanım var idi"

"Getmək imkanım var idi"
Son 7 ayda deputatlıqdan getmək qərarına gələndən bəri hökuməti və xüsusən də ölkə prezidentini tənqid etməməyimlə bağlı xəbərdarlıq edilib.
Bunu dövlətə xəyanətdə ittiham edilərəkən saxlanılan Moldovanın eks-prezidenti İqor Dodon deyib.
“Mənə Moldovanı tərk etməyi şiddətlə tövsiyə etdilər. Amma mən ölkəni tərk etmədim, baxmayaraq ki, istəsəm, getmək imkanım var idi.
2019-cu ilin iyun ayında oliqarx rejimini devirmək və anti-oliqarxik hökumət koalisiyası yaratmaq üçün gizli videoya çəkildiyimi anlayaraq, Plahotnyukla psevdo-danışıqlar apardığım müddətdə özümü və ailəmi böyük riskə atdım. Uğur qazandım və sonra Moldovaya yeni şans təklif etdim. Bu hadisələrdən faydalananlar dövlətin hazırkı liderləri, o cümlədən indi qisas almağı planlaşdıran Maya Sandudur” - Dodon bildirib.
Qeyd edək ki, Dodon passiv korrupsiya və dövlətə xidmətdə şübhəli bilinərək, 72 saatlıq saxlanılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş