Sizin reklam burada
Sizin reklam burada

42 müstəntiq rus hərbçilərinin törətdiyi hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək

42 müstəntiq rus hərbçilərinin törətdiyi hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək
Beynəlxalq Cinayət Məhkəməsinin 42 müstəntiqi rus hərbçilərinin törətdiyi hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək.
Bu barədə BCM-in baş prokuroru Kərim Xan deyib.
O bildirib ki, bu, onun ofisinin indiyə qədər həyata keçirdiyi ən böyük müstəntiq qrupunun araşdırması olacaq. Müstəntiqlər qrupuna Niderlanddan olan 30 mütəxəssis, o cümlədən məhkəmə-tibb ekspertləri və analitiklər daxildir.
Xan qeyd edib ki, “Avrojust” təşkilatının dəstəyi ilə yaradılmış Polşa, Litva və Ukraynanın birgə istintaq qrupu ilə əməkdaşlıq müqaviləsi çərçivəsində Haaqa məhkəməsi ümumi sənədlərlə tanış ola biləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş