Sizin reklam burada
Sizin reklam burada

"Nüvə silahı ilə oynamırıq"

"Nüvə silahı ilə oynamırıq"
Rusiya xarici işlər naziri Sergey Lavrovun nüvə müharibəsi təhlükəsi ilə bağlı dedikləri nüvə şantajıdır.
Bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib.
“Biz nüvə silahı ilə oynamırıq. Bunu rusların diqqətinə çatdırdıq. Biz onların ritorikasını eşitmişik, Sovet İttifaqı dövründə olduğu kimi, ABŞ-a qarşı nüvə təcavüzünün qarşısını almağa hazırıq” - səfir söyləyib.
Qeyd edək ki, daha öncə Lavrov nüvə müharibəsi riskinin real olduğunu bildirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş