Sizin reklam burada
Sizin reklam burada

"Bu, Rusiya rəhbərliyinin qələbə əldə etməyə diqqət yetirməsinin sübutudur"

"Bu, Rusiya rəhbərliyinin qələbə əldə etməyə diqqət yetirməsinin sübutudur"
Rusiya qoşunlarının İzyum istiqamətindəki hücumuna RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov şəxsən rəhbərlik edəcək.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər xülasəsində qeyd edib ki, ruslar İzyum istiqamətində hücum üçün kifayət qədər güclü qruplaşmanı - Qərb Hərbi Dairəsinin 1-ci Tank və 20-ci Ümumqoşun Ordusunu, Şərq Hərbi Dairəsinin 35-ci Ordu və 68-ci korpusun bölmələrini, hava-desant qoşunlarının hissələrini, xüsusən də - 76-cı desant-həmlə diviziyasının iki tabor səviyyəli taktiki qruplarını cəmləşdirib.
Rusiya qoşunlarının İzyum istiqamətindəki hücumuna RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov şəxsən rəhbərlik edəcək.
General artıq İzyum şəhəri yaxınlığında yerləşən Rusiya Silahlı Qüvvələrinin komanda-idarəetmə məntəqəsinə gəlib.
"Defence Ekspress" nəşri əlavə edir ki, Gerasimov vəzifəsi əməliyyat-taktiki deyil, strateji səviyyədə əməliyyatlara komandanlıq etməyi nəzərdə tutur. Bu, Rusiya rəhbərliyinin Donbasda ən azı müəyyən taktiki qələbələr əldə etməyə ciddi şəkildə diqqət yetirməsinin əyani sübutu ola bilər.
Gerasimovun səhra komandanlıq məntəqələrinə gəlişi göstərir ki, Cənub Hərb Dairəsinin rəhbəri general Aleksandr Dvornikovun Ukraynadakı Rusiya qoşunlarının komandanı təyin edilməsi bölmələrin koordinasiyası və nəzarəti ilə bağlı vəziyyəti yaxşılaşdırmayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş