Sizin reklam burada
Sizin reklam burada

"Dünya ictimaiyyəti tarixin verdiyi dərslərdən faydalanmayıb"

"Dünya ictimaiyyəti tarixin verdiyi dərslərdən faydalanmayıb"
Qərb incəsənət, mədəniyyət, idman və kinematoqrafiya və ya bu gün necə deyərlər, yumşaq güc vasitəsilə əslində öz təsirini bütün müasir dünyaya yayıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyəyə qarşı təzyiq və hücumlara ən yaxşı qarşılıq ölkənin zəngin tarixi və mədəni irsini öyrənmək və təbliğ etməkdir.
"Təəssüf ki, dünya ictimaiyyəti tarixin verdiyi dərslərdən faydalanmayıb və bu da ksenofobiya və islamofobiya zəminində cinayətlərin artmasına səbəb olub" - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə prezidenti radikal qüvvələrin Qərbdə artan populyarlığının narahatlıq doğurduğunu əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş