Sizin reklam burada
Sizin reklam burada

"Təslim olmaqdan başqa çarəniz qalmayacaq"

"Təslim olmaqdan başqa çarəniz qalmayacaq"
Putini daha öncə heç təhdid edilmədiyi bir şəkildə təhdid etmişdim.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Tramp prezident olaraq qalsaydı, böyük ehtimalla Ukrayna müharibəsinin yaşanmayacağını iddia edib.
Almaniyanın keçmiş kansleri Angela Merkelə enerji sahəsində Rusiyadan asılılıq barədə xəbərdarlıq etdiyini qeyd edən Tramp Merkelə "ağ bayraq" göndərdiyini deyib.
"Mən Merkelə dedim ki, bir gün sizin Rusiya ilə probleminiz olacaq və təslim olmaqdan başqa çarəniz qalmayacaq. Ona "ağ bayraq" göndərdim və dedim ki, bu, təslim olmağı simvollaşdıran ağ bayraqdır. Merkel mənə dedi ki, "bununla nə demək istəyirsiniz?" Dedim ki, siz enerji baxımından Rusiyadan asılısınız, Almaniya və Rusiyanın tarixinə baxın, belə bir şey olanda mənə bir yaxşılıq edin və bu təslimçilik bayrağını qaldırın" - deyə Tramp qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş