Sizin reklam burada
Sizin reklam burada

"Bank sektorunda əlavə məhdudiyyətlər olacaq"

"Bank sektorunda əlavə məhdudiyyətlər olacaq"
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Hindistan və Asiya ölkələrini Rusiyaya qarşı uzunmüddətli sanksiyaları dəstəkləməyə çağırıb. Bu barədə o, Hindistana səfəri zamanı bildirib.
Bundan əvvəl Komissiya rəhbəri Avropa İttifaqının Rusiya Federasiyasına qarşı növbəti, altıncı sanksiyalar paketinin hazırlanması üzərində işlədiyini açıqlamış və mümkün tədbirlər arasında bank sektorunda əlavə məhdudiyyətlər ola biləcəyini vurğulamışdı.
Eyni zamanda Brüsselin enerji məsələləri ilə bağlı da araşdırmalar apardığını qeyd etmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş