Sizin reklam burada
Sizin reklam burada

"Yekun məqsəd insanların düşdüyü vəziyyəti yaxşılaşdırmaqdır"

"Yekun məqsəd insanların düşdüyü vəziyyəti yaxşılaşdırmaqdır"
BMT Baş katibi Antonio Quterreş bu həftə Moskva və Kiyevə səfərləri zamanı hərbi əməliyyatların dayandırılması və ehtiyacı olanlara humanitar yardımın göstərilməsini müzakirə etmək niyyətindədir.
Bunu BMT Baş katibinin sözçüsü Fərhan Haq deyib.
O qeyd edib ki, yekun məqsəd atəşkəs və Ukraynada insanların düşdüyü vəziyyəti yaxşılaşdırmaq, üzləşdikləri təhlükələri azaltmaq və humanitar yardım göstərmək yollarının yaradılmasıdır.
Qeyd edək ki, Quterreş bu gün Türkiyədə Prezident Ərdoğanla görüşüb. Sabah Moskvaya, 28 apreldə isə Kiyevə gedəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş