Sizin reklam burada
Sizin reklam burada

Hökumət 2030-cu ilə qədər şirkətlərin zərər görəcəyini proqnozlaşdırır

Hökumət 2030-cu ilə qədər şirkətlərin zərər görəcəyini proqnozlaşdırır
Britaniya iqtisadiyyatı Rusiyaya qarşı sanksiyalara görə qarşıdakı doqquz il ərzində 6,2 milyard funt sterlinq (təxminən 7,96 milyard dollar) itirəcək.
Bu barədə “Deyli Teleqraf” məlumat yayıb.
Materialda deyilir ki, bu rəqəmlər aprelin əvvəlində dərc edilmiş ticarət tədbirlərinin təhlili ilə sübut olunur. Rusiyaya tətbiq olunan sanksiyaların fonunda ən böyük ziyan "Bentli", "Aston Martin" avtomobilləri və "Burberri" şirkətlərinə dəyib. Hökumət 2030-cu ilə qədər bu şirkətlərin 881,7 milyon funt sterlinq zərər görəcəyini proqnozlaşdırır. Nəşrin mənbələri bildirir ki, dəbdəbəli brendlər Böyük Britaniya hökumətinin həyata keçirdiyi tədbirləri dəstəkləyir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş