Sizin reklam burada
Sizin reklam burada

"Qrup 2021-ci ilin yayından konstitusiya quruluşunu devirmək üçün işə başlayıb"

"Qrup 2021-ci ilin yayından konstitusiya quruluşunu devirmək üçün işə başlayıb"
“Kreml Ukraynanın qərb vilayətlərində “xalq respublikaları” yaratmağı planlaşdırıb”.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, Rusiyadan müvafiq tapşırıq almış qruplardan birinin əməkdaşı istintaq orqanları ilə əməkdaşlıq edib. O bildirib ki, sözügedən qrup 2021-ci ilin yayında konstitusiya quruluşunu devirmək üçün işə başlayıb.
Keçmiş kəşfiyyat əməkdaşlarının hazırladığı sxemə əsasən vilayətlərdə hakimiyyəti ələ keçirmək üçün silahlı dəstələrin təşkili nəzərdə tutulub. Həmin dəstələr Rusiyanın Ukraynaya hücumu zamanı aktiv fəaliyyətə başlamalıydılar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş