
İndoneziya və ABŞ 14 ölkənin ikitərəfli hərbi təlimlərə qatılacağını açıqlayıb.
İndoneziya ordusu avqustun 1-14-də keçirilməsi planlaşdırılan təlimə İngiltərə, Avstraliya, Yaponiya, Malayziya, Sinqapur, Kanada və digər bir sıra ölkələrin qatılacağını bildirib.
Məlumata görə, təlimdə atəş və xüsusi əməliyyatlar məşq ediləcək, aviasiya vasitələri sınaqdan keçiriləcək. Təlimdə iştirak edəcək ölkələrdən neçə hərbçinin olacağı barədə məlumat verilməyib.
Təlimlərin Sakit-Hind okeanı bölgəsində hərbi fəallığını artıran Çinə qarşı “əzələ nümayişi” olacağı ehtimal edilir.
Conflict.az
