Sizin reklam burada
Sizin reklam burada

"Düşmənin planları pozuldu"

"Düşmənin planları pozuldu"
Ukrayna Rusiyanın ölkəni ələ keçirmək planlarını pozdu, lakin müharibə bitməkdən çox uzaqdır.
Bu sözləri Ukrayna Baş naziri Denis Şmıqal deyib.
“Əminliklə deyə bilərik ki, azadlıq müharibəmizin növbəti mərhələsi Ukraynanın qələbəsi ilə başa çatdı. Düşmənin planları pozuldu. Rusiya terrorçularının qoşunları Kiyev, Çerniqov və Sum vilayətlərindən çıxarılıb. Ancaq müharibə bitməkdən çox uzaqdır. Düşmən şərqdə və cənubda torpaqlarımızı ələ keçirmək cəhdlərindən əl çəkmir. O, bütün ölkə ərazisinə raket zərbələri endirməkdə davam edir” - Şmıqal qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş