
Rusiya və rus xalqı ilə sülh istəyirik, lakin gələcək münasibətlərin təməli Prezident Vladimir Putinsiz Rusiyadır.
Bu açıqlama ilə Almaniya kansleri Olaf Şolts çıxış edib.
“Biz bütün şəraitdə bir səhvdən qaçacağıq - Putini Rusiya ilə bərabərləşdirmək. Ukraynaya hücum etmək üçün ölümcül qərarı verən Rusiya xalqı deyildi. Bu müharibə Putinin müharibəsidir. Ukrayna sülh istəyir. Biz Rusiya və rus xalqı ilə sülh istəyirik. Bu tərif vacibdir, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ruslarla almanlar arasında barışığı riskə atmamaq vacibdir. Ölkəmizdə Ukrayna və Rusiya əsilli həmvətənlərimizlə aramızda səngər qazmamaq vacibdir” - Şolts qeyd edib.
Conflict.az