Sizin reklam burada
Sizin reklam burada

Riyakarlıqlarını özləri ifşa etdilər

Riyakarlıqlarını özləri ifşa etdilər
Rusiyanın Ukraynaya müdaxiləsi üçüncü həftəsini tamamlamaq üzrədir. Hücumların sayını artıran rus ordusunun Ukraynada hərbi obyektlərlə yanaşı, mülki binaları bombardman etməsi də müzakirə mövzusudur.
Müharibənin gedişində diqqətçəkən məqamlardan biri də Ukrayna ordusunun Türkiyədən aldığı “Bayraktar TB2” dronlarından səmərəli istifadə etməsidir.
44 günlük müharibədə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün başladılan əməliyyatda kritik rol oynayan “Bayraktar”ları “Ərdoğanın qatil dronu” adlandıran Almaniyanın “Bild” qəzeti bu dəfə bu türk texnologiyasını mədh edib.
Ukraynanın bu PUA-larla ruslara güclü müqavimət göstərdiyini bildirən “Bild” təxminən 1.5 il sonra eyni silahı “Ümidlərin silahı” adlandırıb. Yəni riyakarlıqlarını özləri öz qələmləri ilə ifşa ediblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş