Sizin reklam burada
Sizin reklam burada

"Rusiya prezidenti bunu bilir"

"Rusiya prezidenti bunu bilir"
NATO- nun baş katibi Rusiyaya Ukraynanın təchizat xəttinə hücumlardan çəkinməsi ilə bağlı xəbərdarlıq edib
NATO- nun baş katibi Yens Stoltenberq xəbərdar edib ki, Rusiyanın Ukraynanı dəstəkləyən və onu silah- sursatla təmin edən müttəfiq ölkələrin təchizat xəttinə hücumu Alyansa hücum kimi hesab edilə bilər.
Bu barədə o, CBC nəşrinə şərhində deyib.
O, vurğulayıb ki, müttəfiqləri Ukraynaya özünün BMT Nizamnaməsində təsbit edilən özünümüdafiə hüququnu qoruyub saxlamağa yardım göstərir.
Stoltenberqin sözlərinə görə, Rusiya təcavüzkardır, Ukrayna isə özünü müdafiə edir. Və "əgər NATO- nun istənilən ölkəsinə, NATO ərazisinə hər hansı hücum baş verərsə, 5- ci maddə işə düşəcək".
Vaşinqton müqaviləsinin 5- ci maddəsində deyilir ki, əgər NATO üzvü olan bir dövlət hərbi hücumun qurbanı olarsa, Alyansın bütün digər dövlətləri bunu NATO- nun bütün dövlətlərinə hücum kimi hesab edəcək və cavab verəcək.
Stoltenberq tamamilə əmindir ki, Rusiya prezidenti Putin bunu bilir, biz NATO ərazisinin hər qarışını qorumaq barədə öhdəliyimiz üzrə yanlışlıqlar, anlaşılmazlıqlar üçün istənilən məkanı aradan qaldırırıq".

Conflict.az

  • Sosial şəbəkədə paylaş