Sizin reklam burada
Sizin reklam burada

"Mən bunu müharibənin necə bitəcəyini görəndə edəcəm”

"Mən bunu müharibənin necə bitəcəyini görəndə edəcəm”
Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın Rusiya neft və qazının idxalına qoyulan embarqodan imtina etməsini şərh edib.

Dövlət başçısının bildirib ki, o, Almaniyanın hərəkətlərini mühakimə edə bilməz.

“Hökumət ilk növbədə öz ölkəsi haqqında düşünür. Biz Almaniyanın bizi dəstəklədiyi bəzi addımları görürük: “Şimal axını 2”, sanksiyalar və sair. Biz Almaniyanın nə etdiyini görürük. Mən bilmirəm. Mən cənab Şoltz və onun hökumətini mühakimə etmək istəmirəm. Mən bunu sonra, müharibənin necə bitəcəyini, nə qədər qurbanların olacağını görəndə edəcəyəm”, - Zelenski vurğulayıb.

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, Ukrayna üçün hər dəqiqə vacibdir.

Xatırladaq ki, dünən ABŞ Rusiyanın enerji resurslarının idxalına embarqo tətbiq etdiyini açıqlayıb. Eyni qərar Britaniyada da verilib.

Almaniyada isə belə bir addımın ölkədə nəqliyyatın dayanmasına səbəb olacağı qeyd edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş