Sizin reklam burada
Sizin reklam burada

Rusiyalı hərbçi dinc insanları öldürdüyünü etiraf edib

Rusiyalı hərbçi  dinc insanları öldürdüyünü etiraf edib
Ukraynanın xüsusi xidmət orqanları daha bir rusiyalı hərbçinin telefon danışığını dinləyə biliblər.
Telefon danışığı zamanı rusiyalı hərbçi dinc insanları öldürdüyünü etiraf edir.
“Əllərim qan içindədir. Qəddarlıqla oğlanı, hərbçiləri, mülki insanları öldürdüm”, - deyə o bildirib.
O, həmçinin Rusiya ordusunun Ukraynada ağır itkilər verdiyini söyləyib. Onun sözlərinə görə, özü də şansı gətirdiyi üçün sağ qalıb:
“Mənə snayper atəş açdı. Ancaq dəbilqə taxmışdım, o həyatımı xilas etdi”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş