Sizin reklam burada
Sizin reklam burada

"Narahatıq..."

"Narahatıq..."
Ukraynada bioloji tədqiqat obyektləri var və hazırda Kiyev və Vaşinqton orada toplanmış materialların Rusiya qüvvələrinin əlinə keçməsinin qarşısını almağa çalışır.
Bu açıqlama ilə ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland çıxış edib.

“Ukraynada bioloji tədqiqatlar üçün imkanlar var. Biz narahatıq ki, Rusiya qoşunları onlara nəzarəti ələ keçirməyə cəhd edə bilər, ona görə də biz ukraynalılarla birlikdə bu tədqiqat materiallarından hər hansı birinin Rusiya qüvvələrinin əlinə keçməsinin qarşısını almaq üçün çalışırıq”, - Nuland qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş