Sizin reklam burada
Sizin reklam burada

"Bundan sonrakı addımları zaman göstərəcək”

"Bundan sonrakı addımları zaman göstərəcək”
“Donetsk və Luqansk respublikalarının sərhədləri məsələsi sonradan həll olunacaq, biz öz-özümüzün qabağına keçməməliyik”.
Bunu Donetsk separatçılarının başçısı Denis Puşilin deyib.
Onun sözlərinə görə, qondarma DNR-in sərhədləri Donetsk vilayəti daxilində müəyyən ediləcək.
“Donetsk Xalq Respublikasının və Luqansk Xalq Respublikasının konstitusiyalarında Donetsk və Luqanskın sərhədləri göstərilib. Bundan sonrakı addımları isə zaman göstərəcək”, - Puşilin qeyd edib.
Qeyd edək ki, 2014-cü ildə işğal edilmiş Donetsk və Luqansk bölgələrinin bir hissəsinə Ukrayna ordusu nəzarət edir. ABŞ və İngiltərə bölgələrin qalan hissələrini də, işğal etmək üçün Rusiyanın yaxın vaxtlarda həmin ərazilərə ordu yeridəcəyini bildirirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş