Sizin reklam burada
Sizin reklam burada

"Qanuna hörmət edilməsini istəyirəm”

"Qanuna hörmət edilməsini istəyirəm”
Fransa naziri idman tədbirlərində hicab taxmağın qadağan edilməsi ilə bağlı bu yaxınlarda təklif olunan qanunu rədd edən müsəlman qadın idmançıları dəstəklədiyini bildirib.
Bu haqda xarici saytlar xəbər verir.
Fransa Futbol Federasiyasının müəyyən etdiyi qaydalar hazırda yarış matçlarında iştirak edən futbolçulara müsəlman hicabları və ya yəhudi kipaları kimi dini simvollar taxmağı qadağan edir.
"Les Hijabeuses" kimi tanınan qadın kollektivi noyabr ayında onlara qarşı ayrı-seçkilik olduğunu və dinlərinə etiqad etmək hüquqlarının pozulduğunu iddia edərək qaydalara etiraz edib.
“Qanunda deyilir ki, bu gənc qadınlar hicab taxıb futbol oynaya bilərlər. Bu gün futbol meydançalarında hicab taxmaq qadağan deyil. Mən qanuna hörmət edilməsini istəyirəm”, – deyə Bərabər Hüquqlar naziri Elizabet Moreno "LCI" televiziyasındakı çıxışında bildirib.
Fransada prezident seçkilərinə iki ay qalmış bu məsələ, sekulyarlığı, yəni dövləti dindən ayırmağa hesablanmış ciddi dünyəvilik formasını dəstəkləyən ölkədə müzakirə mövzusuna çevrilib.
Sağçı Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyi Fransa Senatı yanvar ayında bütün idman yarışlarında aşkar dini simvolların taxılmasını qadağan edən qanun təklif etmişdi.
Çərşənbə günü həmin qanun layihəsi prezident Emmanuel Makronun "Respublika hərəkətdə" mərkəzçi partiyası və müttəfiqlərinin çoxluğa sahib olduğu aşağı palatada rədd edilib.
Fransanın dünyəvilik haqqında qanunları bütün vətəndaşlar üçün dini etiqad azadlığına zəmanət verir və 2010-cu ildə qadağan edilmiş niqab istisna olmaqla, ictimai yerlərdə dini simvolların taxılmasını qadağan edən heç bir müddəa ehtiva etmir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş