Sizin reklam burada
Sizin reklam burada

“Bu, bizim qonaqlarımızın öz seçimidir”

“Bu, bizim qonaqlarımızın öz seçimidir”
Fransa Prezidenti Emmanuel Makronun 7 fevral tarixli Moskva səfəri xarici medianın gündəmindən düşmür.
Mətbuat indi də Makronun niyə Kremldə deyil, oteldə gecələdiyini, iki prezidentin nə yeyib-içdiyini araşdırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Fransa prezidentinin öz istəyi ilə Kremldə deyil, oteldə gecələdiyini bildirib.

“Bu, bizim qonaqlarımızın öz seçimidir”, - Peskov deyib.

Bundan əlavə, Peskovun sözlərinə görə, hazırda Kremlin özündə otel otaqları təmir olunur.

"Qonaqların əksəriyyəti hələ də otellərdə qalmağa üstünlük verir, çünki Kreml bütün nümayəndə heyətini qəbul edə bilmir".

Mətbuat katibi xatırladıb ki, iki prezidentin isti naharında rus mətbəxi və rus şərabları olub. Putin Makronu nərə balığı, maral əti, armudlu piroq və digər yeməklərə qonaq edib.

Menyudakı spirtli içkilər arasında 2015-ci ildə Rusiyada istehsal olunmuş "Şardone", "Usadba Divnomorskoye" və "Rebo" şərabı da olub.

Danışıqlar başa çatdıqdan sonra Makron Qızıl Meydanda gecə gəzintisinə çıxıb.

Peskovun sözlərinə görə, Fransa prezidentinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş