Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İmişli rayon Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Vətən adını zirvələrə ucaldanlar” kitabının nəşri” adlı layihəyə start verib. Bu barədə saytımıza “Sosial Tərəqqinin Dəstəklənməsi” İctimai Birliyinin sədri, layihənin rəhbəri Qasım Həsənov məlumat verib.
Layihə rəhbəri qeyd edib ki, layihə çərçivəsində əslən İmişli rayonundan olan, Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş 48 igidimizin həyatndan və döyüş yolundan bəhs edən kitabın ərsəyə gəlməsi üçün şəhid ailələri ziyarət olunacaq, qəhrəmanlarımız haqqında məlumatlar toplanacaq. Q.Həsənov bildirdi ki: “İnanıram ki, 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən şəhidlərimizə həsr olunacaq bu kitab onların müqədəs ruhları qarşısında olna borcumuzu qismən də olsa yerinə yetirməyimizə səbəb olacaq. Bundan əlavə həmin kitab əsasən İmişlidə fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinə, təhsil şöbəsinə və şəhid ailələrinə pulsuz paylanacaq. Və biz ona da inanırıq ki, bu kitab yeniyetmələr.şagirdlər arasında hərbi vətənpərvərlik hissini daha da gücləndirəcək.”
Qasım Həsənov əlavə olaraq bildirib ki, layihənin icrası fəaliyyət planına əsasən davam edir. “Hal-hazırda layihənin ilk mərhələsini yekunlşadırmaq üzrəyik.”
Conflict.az