Sizin reklam burada
Sizin reklam burada

"Vahid Milli Hərəkat ölkəyə xeyir verə bilməyən siyasi qüvvədir"

"Vahid Milli Hərəkat ölkəyə xeyir verə bilməyən siyasi qüvvədir"
Ötən gün Gürcüstan parlamentinin yaz sessiyasının açılışında Vahid Milli Hərəkat Partiyasının deputatları eks-prezident Mixail Saakaşvilini dəstəkləyən pankart açıblar.
VMH üzvlərinin bu addımı hakim partiya nümayəndələri tərəfindən tənqid olunub.

Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Kobaxidze Vahid Milli Hərəkat üzvlərinin parlamentin iclas zalında Saakaşvilinin şəklini açaraq, ona azadlıq tələb etmələrini demokratik sistemə xeyir verə bilməyən bir siyasi addım kimi qiymətləndirib:

“Təəssüf ki, Vahid Milli Hərəkat bu ölkəyə, demokratik sistemə xeyir verə bilməyən siyasi qüvvədir və gözləntiləri də elə buna uyğundur. Parlamentin işində onlardan heç bir konstruktiv töhfə gözləmirik, bu, onların keçmişi, bu günü və gələcəyi ilə bağlı acı bir reallıqdır. Bu gün (ötən gün - red.) Gürcüstanın dövlət himninin fonunda parlamentin zalında Saakaşvilinin, bu patoloji adamın pankartını açıblar ki, bu, onlar üçün ölkənin də, dövlətin də, vətənin də Saakaşvili olduğu anlamına gəlir. Belə bir siyasi qüvvədən, belə insanlardan xeyirxahlıq gözləmək lazım deyil”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş