Sizin reklam burada
Sizin reklam burada

"ABŞ bacarıqsız olduğunu göstərib"

"ABŞ bacarıqsız olduğunu göstərib"
Rusiya Suriyadan bütün qanunsuz xarici qüvvələrin çıxarılmasını tələb edir.
Bu sözzləri BMT TŞ-nin iclasında Rusiyanın bu qurumdakı nümayəndəliyinin sədr müavini Dmitri Polyanski deyib.

“Suriyada qanunsuz yerləşən bütün xarici qüvvələrin dərhal çıxarılmasını tələb edirik. ABŞ terrorizmlə mübarizədə nəinki qlobal, heç lokal miqyasda da bacarıqsız olduğunu göstərib. İŞİD-çilərin Hasekə şəhərindəki türməyə hücumu bunu bir daha nümayiş etdirdi”, - o bildirib.

Qeyd edək ki, kürd qruplaşmalarının nəzarətində olan türməyə İŞİD-in hücumu nəticəsində terrorçuların türmədən qaçdığı haqda məlumat yayılıb.

Bundan öncə isə rus senator Aleksey Puşkov ABŞ və Türkiyə qoşunlarının Suriyadan çıxarılması gərəkdiyini bildirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş