Sizin reklam burada
Sizin reklam burada

"Bir olsaq, uğur qazanarıq”

"Bir olsaq, uğur qazanarıq”
Meksika hakimiyyəti ABŞ-a Qərb yarımkürəsində Avropa İttifaqına (Aİ) bənzər birlik yaratmaq imkanını nəzərdən keçirməyi təklif edib.
Bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard məlumat verib.
Onun sözlərinə görə, Amerika Dövlətləri Təşkilatları artıq çox köhnəlib:
“Ona görə də təklif olundu ki, biz fərqli bir şey yaradaq, lakin bu, Latın Amerikası və Karib hövzəsi ölkələrinin birlikdə göstərdiyimiz gücdən asılı olacaq. Bir olsaq, uğur qazanarıq”.
Qeyd edək ki, Amerika Dövlətləri Təşkilatları 30 aprel 1948-cu ildə qurulmuş, Şimali, Mərkəzi və Cənubi Amerika xalqalarını birləşdirən regional təşkilatdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş