Sizin reklam burada
Sizin reklam burada

"Hərbi ekspertlər birbaşa iştirak edəcəklər"

"Hərbi ekspertlər birbaşa iştirak edəcəklər"
NATO ilə danışıqlarda Rusiyanı Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyindən ibarət nümayəndə heyəti təmsil edəcək.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

"Hərbi ekspertlər təkcə danışıqlarda deyil, həm də hərbi təhlükəsizlik məsələləri üzrə danışıqlarda birbaşa iştirak edəcəklər", - Qruşko söyləyib.

NATO nümayəndə heyətində yüksək rütbəli hərbçilərin olacağını qeyd edən rusiyalı diplomat söyləyib:

"Bu, onların Avropanın bütün hərbi təhlükəsizlik məsələlərində ciddi danışıqlara nə qədər hazır olduqlarını göstərəcək".

Qeyd edək ki, NATO-Rusiya görüşü 12 yanvarda Brüsseldə olacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş